Naftalan şəhəri kurort məkanı kimi rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək mövsümi fəaliyyət göstərən Naftalan kurortu yalnız 1957-ci ildən il boyu fəaliyyət göstərməyə başlamışdır. Ziyarətcilərin tələbatına uyğun olaraq çarpayı sayının ildən-ilə artması 1982-ci ildə Naftalan sanatoriya-kurort birliyinin qurulmasına zərurət yaratmışdır. 6 sanatoriya və kurort poliklinikasından ibarət kurort bu birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş Sovetlər İttifaqı'nın respublikalarından 50-70 min-ə qədər və daha çox xəstə qəbul edirdi. Kurort birliyinin müalicə məkanlarında sümük-əzələ, periferik sinir və damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müvəffəqiyyətlə müalicə olunurdu.
Sovet İttifaqının dağılmasından sonra ölkədə baş verən xoşagəlməz hadisələrdən meydana çıxan iqtisadi böhran vəziyyəti Naftalan kurortuna mənfi mənada təsir göstərmiş və 1992-ci ildən 2005-ci ilə qədər yalnız "Çinar" sanatoriyası mövsümi olaraq xəstə qəbulu ilə məşğul olmağa başlamışdı.
2005-ci ilin may ayında isə, Naftalan kurortunda ilk özəl sanatoriya – "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi" – fəaliyyətə başladı. 100 nəfərlik yataq korpusundan, müalicəxana və yeməkxanadan ibarət olan bu mərkəzə müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçərək xəstəliklərinə müvafiq qaydada naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. Həmçinin mərkəzdə xəstələrin istirahəti, qidalanması və uğurlu müalicəsi üçün lazım olan hər bir şərait yaradılmışdır.
Əlavə edim ki, daha sonralar bu və buna bənzər müalicə-kurort məkanları ilə bərabər çox daha müasir otellər və müalicə kompileksləri də tikilmiş və xalqın xidmətinə açılmışdır. Bu haqda növbəti yazılarımda ətraflı məlumat sahibi ola bilərsiniz...

Azerbeycan li kardeslerimiz zaten biliyorlar en azindan duymuslardir.naftalan a gitmemis olsalar bile.siz bence naftalan i TURKIYE li kardaslariniza tanitin.BEn bu konuda yardimci olayim.ben naftalani bilen yasayan orada karabag oteli tikintisinde bulunan bu sayede naftalan mucizesini bilen kardasinizim.cafer kayaturan
YanıtlaSilTeşekkürler Cafer bey dikkatiniz için...Türkiyeye de açılacağız elbet!
Sil