"QOLTUQ AĞACI" MUZEYİ
Naftalan şəhərində analoqu olmayan tək şey yalnız müalicəvi neft deyil. Şəhərdə 1980-cildən fəaliyyət göstərən "Qoltuq ağacı" muzeyi də var ki, bu muzeyə Naftalana qoltuqağacı ilə gələn xəstələr sağaldıqdan sonra ona ehtiyacı qalmadığı üçün qoltuq ağacını imzasıyla birlikdə təhvil verərək gedir.
Müxtəlif ölçü və dizaynda olan bu qoltuq ağacları isə bu muzeydə xalqa nümayiş etdirilir. Qeyd edim ki, muzey binası qəzalı vəziyyətdə olduğu üçün 2006-cı ildə muzey fəaliyyətini müvəqqəti olaraq dondurmuş və eksponatlar başqa bir binaya köçürülmüşdür. Bu səbəbdən hal-hazırda da muzey müvəqqəti olaraq, fəaliyyət göstərmir.
Əlaqəli qurumların verdiyi açıqlamaya görə isə muzey üçün yeni bina inşası nəzərdə tutulub və çox güman ki, muzey yaxın vaxtlarda yenidən fəaliyyətini bərpa edəcək.
👍
YanıtlaSil