22 Nisan 2017 Cumartesi

NAFTALAN NEFTİNİN TƏRKİBİ

Naftalan neftinin terkibi
NAFTALAN NEFTİ – qəhvəyi-qonur rəngli, özünə məxus fərqli ətiri olan, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 - 0,96, qaynama temperaturu 220 0C, donma temperaturu (-20 0C) dir, su ilə birləşdikdə davamlı emulsiya əmələ gətirir. 


Bu möcüzəvi neft mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsulu olmaqla bərabər,  tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalı yanıcı maddələr yoxdur.

TƏRKİBİ:
terkibinde neler var
1. Naften karbohidrogenləri - 50-55%


2. Aromatik karbohidrogenlər - 10-15%


3. Qətranlı maddələr - 14-15%

4. Naften turşuları - 0,5-3%


5. Kükürdlü birləşmələr - 0,3- 0,7%


6. Azotlu birləşmələr - 0,3%


7. Mikroelementlər (Y, Br , Cu , Mn , Zn , Li, B və s.) dən ibarətdir .



Naftalanla mualiceNaftalanın müalicəvi edən əsas səbəb yüksək molekullu, çoxhalqalı quruluşa malik "naften" karbohidrogenləridir. Bundan əlavə naftalanın tərkibində olan kükürdlü, azotlu birləşmələr və mikroelementlər də naftalanın müalicəvi təsirə malik olmasında mühim rol oynamaqdadır. Naftalan neftinin təsir imkanı iltihabəleyhinə, ağrıkəsici, damargenəldici, allergiyaəleyhinə, maddələr mübadiləsini tənzimləmə və sair əhatə etməkdədir. Həmçinin bu sehrli neftdən ovogenez və ovulyasiya proseslərini və spermatogenezin sürətləndirilməsində istifadə olunur. Naftalan neftinin bu özəllikləri ümumilikdə  70 – dən artıq xəstəliyin müalicəsində geniş tətbiq olunur.


Yodbromlu su:
yod-bromlu su



Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Naftalan nefti ilə müalicə edərkən isə su 10% naftalan 90% təşkil edir. Naftalanla birlikdə yerdən çıxarılan su çox zəngin tərkibli olmaqla bərabər, həmçinin tərkibində yod və bromdan başqa həm də naftalanın tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunmaqdadır.

Hiç yorum yok:

Yorum Gönder

Mözücəvi şəhərin möcüzəvi nefti