22 Nisan 2017 Cumartesi
NAFTALANIN TARİXİ
XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi neftin quyulardan çıxarılaraq, dəvə karvanları vasitəsilə başqa yerlərə daşındığı haqda yazmışdı. 1783-cü ilə kimi Naftalan nefti əl ilə qazılan quyulardan çıxarılmaqla əldə edilirdi. 1890-cı ildə isə alman mühəndisi və iş adamı E.İ.Eger Naftalanda sənaye üsulu ilə qazma qurğusundan istifadə edərək 250 metr dərinliklərdə quyular qazdıraraq neft hasil etməyə başladı. Lakin çıxan neftin keyfiyyəti onu heyrətamiz idi. Çünki neftin tərkibində heç bir benzin fraksiyası yox idi və o yanmırdı. Artıq İflasa uğramaq üzrə olan alman mühəndisi buradakı yerli əhalidən dərmanların hazırlanması təcrübəsini öyrənmiş və bunun əsasında Naftalan ərazisində dərman tərkibli maz istehsal edən fabrik inşa etdirmişdir. Fabrikin istehsal etdiyi dərmanlar tezliklə dünyanın bir çox yerində tanınmağa başlamış və Yeger istehsal etdiyi dərmanların sirrli tərkibini gizli saxlayaraq, əsasını Naftalan neftinin təşkil etdiyi dərman istehsalatını monopoliyaya almışdı. XIX əsrin sonu, XX əsrin əvvəllərində London, Hamburq, Qahirə və Tokio kimi dünyanın bir çox iri şəhərlərində 100% Azərbaycan məhsulu olan, lakin dünyaya alman məhsulu kimi tanıdılan Naftalan dərmanı geniş şəkildə satılmaqda idi.
Etiketler:
History Naftalan,
Naftalan,
Naftalan city,
Naftalan şehri,
Naftalan şəhəri,
neft,
oil,
petrol,
yağ,
город Нафталан
Yer:
Naftalan, Azerbaycan
Kaydol:
Kayıt Yorumları (Atom)
Mözücəvi şəhərin möcüzəvi nefti
Hiç yorum yok:
Yorum Gönder